Layihə haqqda

Azərbaycan Respublikası Energetika Nazirliyi ilə Səudiyyə ƏrəbistanKrallığının “AQWA POWER” şirkəti arasında 9 yanvar 2020-ci ildə imzalanmış icra müqaviləsinə uyğun olaraq Abşeron rayonu Pirəkişkül və Xızı rayonunun Sitalçay kəndlərinin dağlıq hissəsində ümumi gücü 240 MV olan elektrik enerjisi istehsal edən 40 ədəd külək turbin qurğuları tikiləcəkdir. Turbinlərdən 23 ədədi Sitalçay kəndinin yaxınlığında yerləşən ərazidə 17 km uzunluqda dağ silsiləsində quraşdırılacaqdır. Layihənin yeri aşağıda xəritədə verilmişdir.

Külək elektrik stansiyası Azərbaycanın enerji sisteminin bir hissəsi olacaq və ölkənin davamlı inkişafına yeni təkan verərək iqtisadiyyatın daha da şaxələndirilməsinə töhfə verəcəkdir.
AQWA POWER layihə üçün maliyyə resurslarını beynəlxalq maliyyə qurumlardan (BMQ) cəlb etməyi planlaşdlrır. BMQ-lərin maliyyəsini əldə etmək üçün ətraf mühitə təsirin qiymətləndirilməsinin Dünya Bankı / BMQ standartlarına uyğun olması şərtdir. Layihənin səlahiyyətli orqan tərəfindən qəbul olunması və BMQ-dən maliyyə resurslarının alınmasını təmin etmək məqsədilə “5 Capital Ətraf Mühit və İdarəetmə üzrə Məsləhətçi” şirkət və yerli konsultant “Ekoenerji” MMC, AQWA POWER tərəfindən Ərtaf Mühit və Sosial Təsirin Qiymətləndirilməsi (ƏMSTQ) haqqında araşdırma aparmaq üçün cəlb edilmişdilər. Beynəlxalq kreditorların tələblərinə uyğun olaraq icra edilən ƏMTQ prosesinin bir hissəsi kimi AQWA POWER maraqlı tərəflərlə onları layihə (tikinti və ya istismar müddətində ətraf mühitə və yerli icmalara təsiri o cümlədən torpaq, su, arxeologiya və mədəni irsə təsiri) barədə məlumatlandırmaq və onlardan bu layihə ilə əlaqəli hər hansı bir rəy və ya fikir almaq üçün məsləhətləşmələr aparır.
ƏMTQ araşdırması və layihə ilə bağlı rəy və təkıiflər almaq üçün ictimaiyyətlə məsləhətləşmələr aparılacaqdır. Toplanmış məlumatlar ƏMTQ hesabatına daxil edilərək yerli tənzimləyicilər (yəni Ekologiya və Təbii Sərvətlər Nazirliyi) və potensial maliyya institutları ilə paylaşılacaqdır. Nəzərə alın ki, toplanmış məlumatlar anonim saxlanılmaqla rəy və təkliflər fərdi adlarla əlaqələndirilməyəcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir